...

Azərbaycanda 13 mindən çox müəllim iş yerini dəyişmək istəyir

Gündəm Materials 17 May 2021 13:09 (UTC +04:00)
Azərbaycanda 13 mindən çox müəllim iş yerini dəyişmək istəyir

Bakı. Elçin Mehdiyev – Trend:

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 5-16 may tarixlərini əhatə edən bu mərhələdə 13 105 şəxs müsabiqədə iştirak etmək üçün müraciət edib. Onlardan 8441 nəfəri ərizəsini tamamlayaraq iştirakını təsdiq edib.

Müsabiqənin növbəti mərhələsində namizədlərin ərizələri yoxlanıldıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti