...

Çimərlik mövsümünə görə 7 marşrut xəttində dəyişiklik edilib

Gündəm Materials 15 İyun 2021 10:48 (UTC +04:00)
Çimərlik mövsümünə görə 7 marşrut xəttində dəyişiklik edilib

Bakı. Samir Əli - Trend:

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd, çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Mövsümi xarakterli dəyişikliyə əsasən, 16.06.2021 tarixindən 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək, 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək, 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək, 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək, 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək, 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək, 189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti