...

Qaxda karantin qaydalarını pozan şadlıq sarayının sahibi məsuliyyətə cəlb edilib (FOTO/VİDEO)

Gündəm Materials 20 İyul 2021 15:04 (UTC +04:00)
Qaxda karantin qaydalarını pozan şadlıq sarayının sahibi məsuliyyətə cəlb edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində yerləşən “Qafqaz” şadlıq sarayında karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı təşkil edilən toy mərasimi ilə bağlı məlumatların portalda qeydiyyatdan keçirilmədiyi, icazə verilən saydan artıq qonağın iştirakı, eləcə onların bəzilərinin COVID-19 pasportunun olmadığı müəyyən edilib.

Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin sahibi Qasım Rəcəbov barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti