...

Londonda leysan yağışlar küçələrdə hərəkəti iflic edib

Gündəm Materials 25 İyul 2021 23:48 (UTC +04:00)
Londonda leysan yağışlar küçələrdə hərəkəti iflic edib

Bakı. Trend:

Londonda yağan güclü yağış şəhərin onlarla küçələrini su altında qoyub, nəticədə şəhərin bir neçə rayonunda avtomobillərin hərəkəti iflic vəziyyətə düşüb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallığın meteoroloji xidməti məlumat yayıb.

Londonun xilasetmə xidmətlərinə yol hissələrini və zirzəmilərini su basması ilə bağlı yüzlərlə zənglər daxil olub. Hazırda rəsmi olaraq leysan qurbanları haqqında dəqiq məlumat verilməyib.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti