...

SABAH qruplarında müəllim işləmək üçün müraciətlərin qəbulu bu həftə başa çatır

Gündəm Materials 19 Avqust 2021 15:08 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müraciətlərin qəbulu davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, namizədlər 21 avqust saat 00:00-dək müraciət edə bilərlər. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Hər bir namizəd ən çoxu 2 fənn üzrə müraciət edə bilər.

Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/azerbaycan-respublikasi-tehsil-nazirliyinin-sabah-qruplari-bakalavr-layihesinde-20212022ci-tedris-ilinin-payiz-semestri-uzre-asagidaki-fenlerin-tedrisini-aparmaq-meqsedile-yeniden-vakant-yerler-ucun-professor-muellim-heyeti-ve-mutexessisler-saathesabi-qay daxil olaraq əldə edə bilərsiniz.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti