...

2001-ci ildə itkin düşən şəxslə bağlı hüquq-mühafizə orqanlarına heç bir məlumat daxil olmayıb - DİN

Gündəm Materials 3 Sentyabr 2021 17:15 (UTC +04:00)
2001-ci ildə itkin düşən şəxslə bağlı hüquq-mühafizə orqanlarına heç bir məlumat daxil olmayıb - DİN

Bakı. Samir Əli - Trend:

"Oğluma şər atdılar ki, guya qıza sataşıb, indi oğlum neçə vaxtdır yoxa çıxıb" - Ağsudan şikayət” başlığı ilə yayımlanan görüntüdə əks olunan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumatda deyilir.

Məlumata görə, Ruhiyyə Zeynalovanın oğlu Feyruz Zeynalovun 2001-ci ildə itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına heç bir məlumat daxil olmayıb. Buna baxmayaraq, həmin iddiaların təfərrüatları Ağsu Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırılır.

Bu, iddiaların ortaya çıxmasının kökündə mübahisə tərəflərindən birinin – Səlaməddin Əhmədovun R.Zeynalovun oğlu Mikayıl Zeynalova qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsidir.

R.Zeynalovanın qardaşı Malik Qəmbərovla qonşusu S.Əhmədovla 2020-ci ilin avqustunda su üstündə yaranan mübahisəyə qədər onlar arasında hər hansı ziddiyyət olmadığı araşdırmalarla, şahid izahatları ilə təsdiq olunub.

Hazırda Ağsu RPŞ-də səsləndirilən iddialarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti