...

Metroda qatarda problem yarandı, sərnişinlər boşaldıldı

Gündəm Materials 10 Sentyabr 2021 09:40 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda qatarın hərəkətində nasazlıq yaranıb.

Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, metronun "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatar nasazlıq ehtimalı ilə təlimat tələbinə uyğun olaraq"Ulduz" stansiyasında dayanıb və sərnişinləri düşürdülüb:

"Qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar buraxılıb. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə yubanma olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti