...

Nazirlər Kabineti Azərbaycanda əyani dərslərlə bağlı qərar verib

Gündəm Materials 11 Sentyabr 2021 12:32 (UTC +04:00)
Nazirlər Kabineti Azərbaycanda əyani dərslərlə bağlı qərar verib

Bakı. Trend:

Nazirlər Kabineti Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlimtərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında qərar verib.

Trend-in məlumatına görə, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində təhsilin pillələri və səviyyələri üzrə 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesi aşağıdakı tarixlərdən başlanacaq və əyani formada təşkil ediləcək:

- ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində - 2021-ci il oktyabrın 1-dən;

- ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə - 2021-ci il sentyabrın 22-dən;

- ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə - 2021-ci il sentyabrın 29-dan.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti