Bakı. Trend:
Azərbaycan Ordusunun giziri intihar edib.
Müdafiə Nazirliyi Trend-ə faktı təsdiq edib.
Bildirilib ki, oktyabrın 14-də axşam saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Məmmədov Namin Ruslan oğlunun məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.