...

Fransada 2020-ci ildən etibarən COVİD-ə yoluxanların sayında ən böyük artım qeydə alınıb

Gündəm Materials 8 Dekabr 2021 01:34 (UTC +04:00)
Fransada 2020-ci ildən etibarən COVİD-ə yoluxanların sayında ən böyük artım qeydə alınıb

Bakı. Trend:

Son sutka ərzində Fransada rkoronavirusa 59 min nəfər yoluxub.

Trend xəbər verir ki, bu 2020-ci ilin noyabr ayından etibarən sutka ərzində qeydə alınan ən böyük artımdır.

Bununla belə, son sutka ərzində Fransada 687 min nəfər üçüncü (buster) doza ilə peyvənd olunub ki, bu da öz növbəsində rekord göstəricidir.

Fransanın Baş naziri Jan Kasteks daha əvvəl bildirmişdir ki, ölkədəki koronavirusla bağlı vəziyyətə görə karantin və ya komendant saatı tətbiqi hazırda nəzərdən keçirilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti