...

Yaponiyada 180-ə yaxın uçuş təxirə salınıb

Gündəm Materials 10 Fevral 2022 04:51 (UTC +04:00)
Yaponiyada 180-ə yaxın uçuş təxirə salınıb

Bakı. Trend:

Tokionun Haneda hava limanında ən azı 180 daxili uçuş təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, buna səbəb, proqnozlara görə, fevralın 10-da günortadan sonra gözlənilən güclü qar olub.

"JR" dəmir yolu şirkəti öz növbəsində Tokionu dağlıq Naqano və Yamanaşi prefekturaları ilə birləşdirən ekspress qatarların hərəkətini dayandırıb.

Sinoptiklərin proqnozlarına görə, Tokioda qar örtüyünün hündürlüyü 5 sm-ə qədər çata bilər. Həmçinin Yamanaşi prefekturasına 30 sm-ə qədər qar yağacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti