...

Azərbaycanda böyrək transplantasiyası ilə bağlı növbələr var - Komitə sədri

Gündəm Materials 15 Fevral 2022 12:25 (UTC +04:00)
Azərbaycanda böyrək transplantasiyası ilə bağlı növbələr var - Komitə sədri

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda böyrək transplantasiyası ilə bağlı növbələr var. Bu onunla əlaqədardır ki, ölkədə az sayda xəstəxanalarda böyrək köçürmə əməliyyatı keçirilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, həm Səhiyyə Nazirliyi, həm də TƏBİB tərəfindən bu cür xəstəxanaların sayının artırılması istiqamətində iş aparılır.

“Bu sahədə mütəxəssis çatışmazlığı var idi. Lakin bir neçə qrup həkim-mütəxəssislər transplantasiya prosedurunu tam mənimsəmək üçün Türkiyəyə göndərilib”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti