...

Bakıda körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb, uşaq körpələr evinə verilib (VİDEO)

Gündəm Materials 29 Mart 2022 10:29 (UTC +04:00)
Bakıda körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb, uşaq körpələr evinə verilib (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi rayonunda himayəsində olan 2021-ci il təvəllüdlü körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, körpəsi ilə birlikdə dilənçilik edən Yevlax rayon sakini N.Abdullayeva Nəsimi Rayon Polis İdarəsinə dəvət edilib.

Araşdırma zamanı körpənin faktiki olaraq həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı, eləcə də baxımsız vəziyyətdə olduğu müəyyən edilib.

Uşaq müvafiq dövlət qurumlarının iştirakı ilə körpələr evinə yerləşdirilib. Araşdırma zamanı bundan əvvəl də N.Abdullayevanın himayəsində olan daha 2 azyaşlı uşağını baxımsız vəziyyətdə qoyduğu, onların həyat və sağlamlıqlarını təhlükə altına atdığı, həmçinin dilənçiliyə sövq etdiyi üçün həmin uşaqların da ondan alınaraq dövlət himayəsinə verildiyi müəyyən edilib. N.Abdullayeva barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti