...

Zelenski hərbi əməliyyatlarda 3 minə yaxın ukraynalı əsgərin həlak olduğunu açıqlayıb

Gündəm Materials 16 Aprel 2022 03:29 (UTC +04:00)
Zelenski hərbi əməliyyatlarda 3 minə yaxın ukraynalı əsgərin həlak olduğunu açıqlayıb

Bakı. Trend:

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi əməliyyatlar zamanı 2,5-3 min hərbçinin həlak olduğunu açıqlayıb.

Trend "UNİAN"a istinadən xəbər verir ki, ölkə başçısı bunu CNN telekanalına müsahibəsində deyib.

"Ukrayna rəsmiləri hesab edir ki, müharibədə 2,5 min - 3 min ukraynalı əsgər həlak olub, lakin müqayisə üçün deyək ki, ölən rus əsgərlərinin sayı 19-20 mindir. Bundan əlavə 10 minə yaxın ukraynalə əsgər yaralanıb. Onlardan neçə nəfərinin sağ qalacağını söyləmək çətindir", - V.Zelenski bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti