...

Bütün dünyaya göstərdik ki, Şuşa Azərbaycandır - Elsevər Məmmədov

Gündəm Materials 22 Aprel 2022 12:42 (UTC +04:00)
Bütün dünyaya göstərdik ki, Şuşa Azərbaycandır - Elsevər Məmmədov
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Şuşa. Trend:

30 il idi ki, biz bu günü gözləyirdik. Artıq Şuşamız azaddır və Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçirilir.

Bunu Trend-in Şuşada olan əməkdaşına açıqlamasında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı, Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Elsevər Məmmədov deyib.

Onun sözlərinə görə, Zəfər qurultayı çox böyük əhəmiyyət kəsb edən tarixi hadisədir.

"Bütün dünya gördü ki, Azərbaycan xalqı öz dövlətinin, dövlət başçısının, əsgərlərinin ətrafında birləşərək torpaqlarını azad etdi. Bir daha buradan bütün dünyaya göstərdik ki, Şuşa Azərbaycandır, Şuşa Azərbaycanın göz bəbəyidir', - deyə E.Məmmədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti