...

Ərdoğan və Zelenski Ukraynadakı vəziyyəti müzakirə ediblər

Gündəm Materials 30 May 2022 23:16 (UTC +04:00)
Ərdoğan və Zelenski Ukraynadakı vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, danışıq zamanı Ukrayna-Rusiya müharibəsində son hadisələr müzakirə edilib.

R.T.Ərdoğan Türkiyənin Ukraynadan dəniz yolu ilə kənd təsərrüfatı məhsullarının ixracı üçün təhlükəsiz dəhliz yaradılması layihəsinə xüsusi önəm verdiyini vurğulayıb.

Türkiyə dövlətinin başçısı bildirib ki, Ankara Ukrayna, Rusiya Federasiyası və BMT-nin iştirakı ilə İstanbulda yaradılması nəzərdə tutulan Monitorinq Mərkəzinin fəaliyyətinə qoşulmağa müsbət yanaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti