...

Bakıya təcili eniş edən İsrail təyyarəsinin sərnişini ölüb (YENİLƏNİB)

Gündəm Materials 1 Avqust 2022 15:10 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin "El Al" aviaşirkətinin təyyarəsi Bakı hava limanında təcili eniş üçün müraciət edib.

Trend bu barədə İsrail televiziyasının 14-cü kanalına istinadən məlumat verir.

"İsraildən Moskvaya uçan təyyarə Azərbaycan paytaxtında təcili eniş edib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, uçuş zamanı sərnişinlənrdən sağlamlığı pisləşib. Enişdən sonra onu tibbi yardım göstəriləcək.

XXX

Saat 15.00

Bakıya təcili eniş edən İsrail təyyarəsinin sərnişini ölüb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə verilən məlumata görə, Təl-Əviv - Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən "El Al İsrael Airlines" aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.

Təyyarə yerli vaxtla saat 12:44 dəqiqədə Bakı hava limanına enib.

Təəssüflər olsun ki, sərnişin uçuş zamanı vəfat edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti