...

Bakı-Ələt yolunda baş verən qəzada yaralanan şəxslərin vəziyyəti açıqlanıb

Gündəm Materials 8 Avqust 2022 11:38 (UTC +04:00)
Bakı-Ələt yolunda baş verən qəzada yaralanan şəxslərin vəziyyəti açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda baş verən avtomobil qəzası nəticəsində yaralanan beş nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

KTM-dən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan şəxslərdən birinin - 1988-ci il təvəllüdlü şəxsin vəziyyəti nisbətən ağır olduğu üçün Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

Digər yaralılarda - 1997 və 1990-cı il təvəllüdlü şəxslərdə gicgah nahiyəsinin travması, 1978-ci il təvəllüdlü şəxsdə burun sümüyünün sınığı və 1988-ci il təvəllüdlü şəxsdə ayaq-daraq sümüyünün sınığı aşkarlanıb və hər birinə müvafiq tibbi yardımlar göstərilib.

Artıq yaralanan beş nəfərdən dördü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti