...

Ermənistanın təxribat törətdiyi istiqamətdə HHM sistemi çökdürülüb, 14 500-dən çox döyüş sursatı ələ keçirilib

Gündəm Materials 15 Sentyabr 2022 18:28 (UTC +04:00)
Ermənistanın təxribat törətdiyi istiqamətdə HHM sistemi çökdürülüb, 14 500-dən çox döyüş sursatı ələ keçirilib

Bakı. Trend:

Ermənistanın təxribat törətdiyi istiqamətdə Hava Hücumundan Müdafiə (HHM) sistemi çökdürülüb.

Trend xəbər verir ki, qarşı tərəfə məxsus 1 ədəd radioelektron mübarizə (REM) vasitəsi JİTEL, 20-dək ədəd top və haubitsa, 10-dan çox minaatan və 6-sı sursatla dolu olmaqla ümumilikdə 32 ədəd avtomobil texnikası sıradan çıxarılıb.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus 1-i sursatla dolu olmaqla 3 ədəd KAMAZ, 1 ədəd URAL və 1 ədəd UAZ-3962 markalı avtomobil və 3 ədəd mühəndis texnikası, 3 ədəd minaatan, 1 ədəd “İqla-S” daşınan zenit-raket kompleksi, 135 ədəd müxtəlif avtomat, pulemyot, qumbaraatan, 20 qutu əl qumbarası, 2 ədəd optik cihaz, 2 ədəd rabitə vasitəsi və 14 500-dən çox döyüş sursatı qənimət olaraq ələ keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti