...

Tezliklə onuncu Qlobal Bakı Forumunun keçirilməsi gözlənilir

Gündəm Materials 26 Oktyabr 2022 21:36 (UTC +04:00)
Tezliklə onuncu Qlobal Bakı Forumunun keçirilməsi gözlənilir
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

Tezliklə onuncu Qlobal Bakı Forumunun keçirilməsi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 10 illik yubileyinə həsr olunan tədbirdə onun həmsədri İsmayıl Serageldin deyib.

O, forumun qlobal gündəmdə olan problemlərin müzakirəsi platforması kimi əhəmiyyətini qeyd edib və gələcəkdə də belə mühüm tədbirlərin keçiriləcəyinə ümidvar olduğunu bildirib:

"Əminəm ki, belə tədbirlərin təşkili bizi növbəti konstruktiv və məhsuldar addımlara aparacaq".

Qeyd edək ki, doqquzuncu Qlobal Bakı Forumu bu ilin iyununda keçirilib.

FOTO - Seymur İsmayılov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti