...

Bu kompüterlər təhlükəsizlik yenilənmələri almayacaqlar

Gündəm Materials 5 Yanvar 2023 13:52 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Microsoft"-un "Windows 7" və "Windows 8" əməliyyat sistemi 2020-ci ilin yanvarında dayandırılmışdı. O vaxtdan bəri əməliyyat sistemləri yalnız təhlükəsizlik yeniləmələrini alırdı.

Trend-in məlumatına görə, gələn həftədən etibarən bu əməliyyat sistemləri çalışan kompüterlər təhlükəsizlik yenilənmələri də almayacaqlar.

"Microsoft" 2020-ci ildə "Windows 7" üçün dəstəyi kəsəcəyini bildirsə də, istifadəçilər bu əməliyyat sistemindən istifadə etməyə davam edirlər.

"Lansweeper"-in oktyabr ayında keçirdiyi sorğuda "Windows 7, 8" və ya "XP" əməliyyat sistemlərindən istifadə edən kompüterlərin sayı "Windows 11"-dən istifadə edənlərdən daha çox olub.

"Windows 7" istifadəçiləri 2020-ci ildə təhlükəsizlik yeniləmələri ilə əslində qismən vidalaşdılar. Bununla belə, "Microsoft" ödəniş qarşılığında təhlükəsizlik yeniləmələrini buraxmağa davam etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti