Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 17-20-də ABŞ-a səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Yanvarın 18-də M.Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar aparacaq. Görüş Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində keçiriləcək.
Tərəflər ikitərəfli münasibətlərin bütün spektrini müzakirə edəcək, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
M.Çavuşoğlunun Vaşinqton və Hyustondakı beyin mərkəzlərinin nümayəndələri, həmçinin ABŞ-da yaşayan türklərlə görüşləri nəzərdə tutulub.
Mövlud Çavuşoğlunun Türkiyənin Hyustondakı Baş Konsulluğunun yeni ofisinin açılışında iştirak edəcəyi gözlənilir.
Səfərin son günündə Nyu-Yorkda Türkiyənin xarici işlər naziri BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Körösi ilə görüşəcək.
M.Çavuşoğlu Nyu-Yorka yola düşməzdən əvvəl yanvarın 17-də Vaşinqtonda Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın rəhbərlik etdiyi Türkiyə və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələr keçiriləcək.