...

Sülhməramlılara aid 10 maşın Laçın yolundan maneəsiz keçib (FOTO)

Gündəm Materials 20 Yanvar 2023 10:25 (UTC +04:00)
Sülhməramlılara aid 10 maşın Laçın yolundan maneəsiz keçib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus daha 10 avtomobilin (3 minik, 7 təminat avtomobili) maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, avtomobillər Xankəndidən Laçın istiqamətində keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün şərait yaradıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 40 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti