...

Ayaz Mütəllibovun sabiq mətbuat katibi barədə yenidən cinayət işi başlandı

Gündəm Materials 24 Yanvar 2023 12:12 (UTC +04:00)
Ayaz Mütəllibovun sabiq mətbuat katibi barədə yenidən cinayət işi başlandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor Fətişoğlu (İbrahimov)barəsində yenidən cinayət işi başlanıb.

Trend-in məlumatına görə, T. Fətişoğlu dələduzluqda ittiham olunur.

İttihama görə, T.İbrahimov özünü baş Prokurorluğun mətbuat katibi kimi təqdim edərək Ağcabədi rayon sakini, həbs edilmiş Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərilməsi məqsədilə onun atası Bayram Ələsgərovu aldadaraq 25 000 manatını alıb.

B. Ələsgərov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Teylor Fətişoğlu barəsində Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başladılıb.

Cinayət işi üzrə materiallar baxılması üçün Xətai rayon məhkəməsinə göndərilib. T.İbrahimov barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Qeyd edək ki, T.İbrahimov 6 il əvvəl Ağdam rayonunun sabiq icra başçısı Raqib Məmmədovun adından dələduzluq etməkdə təqsirli bilinirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti