...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti "Səninləyəm, Türkiyə!" adlı humanitar yardım kampaniyası elan edir

Gündəm Materials 6 Fevral 2023 16:14 (UTC +04:00)
Azərbaycan Qızıl Aypara Cəmiyyəti "Səninləyəm, Türkiyə!" adlı humanitar yardım kampaniyası elan edir

Bakı. Trend:

Türkiyədə 7.7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif
bölgələrdə - Kahramanmaraş, Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.

Bu günün məlumatlarına əsasən: 150-dən çox bina dağılıb, 5 385 yaralı var, azı 912 nəfər
həlak olub.

Qardaş ölkəyə humanitar yardım göstərmək məqsədi ilə Azərbaycanın ən böyük
humanitar təşkilatı olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!”
adlı kampaniya elan edir.

Kampaniya çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə bilərlər.

• Onlayn bank kartı vasitəsi ilə ianə etmək üçün bu linkdən istifadə edin:
https://yardim.et/az/donations/bank/online

• Nağd pul vasitəsi ilə ianə etmək üçün MilliÖneManat ödəniş terminallarında
xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən istifadə edə bilərsiniz.
• SMS vasitəsi ilə ianə etmək üçün Azercell Abunəçiləri 8116 qısa nömrəsinə SMS
göndərə bilər.
• Elektron pul kisəsi vasitəsi ilə hesab.az saytından ianə edə bilərsiniz.
Bütün yığılan ianələr Türkiyəyə humanitar yardım göstərmək məqsədi ilə
göndəriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti