...

Həbsdə olan gömrük generalları ev dustaqlığına buraxıldı

Gündəm Materials 18 Mart 2023 12:08 (UTC +04:00)
Həbsdə olan gömrük generalları ev dustaqlığına buraxıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin həbsdə olan iki vəzifəli şəxsi, general-mayor Məsum Rəsulov və general-mayor Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb.

Trend-in məlumatına görə, bu barədə həbsə olan şəxslərin vəkilləri məlumat verib.

Məhkəmə M.Rəsulov və E.Xəlilovun müdafiəçilərinin vəsatətlərini təmin edib və onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.

Xatırladaq ki, hər iki şəxs külli miqdarda mənimsəmədə təqsirləndirilərək həbs edilmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti