...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Aralıq dənizinin şərqində təlimlərə qatılıb

Gündəm Materials 12 May 2023 10:43 (UTC +04:00)
Azərbaycan Hərbi Dəniz Qüvvələri Aralıq dənizinin şərqində təlimlərə qatılıb

Bakı. Trend:

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi qulluqçuları Aralıq dənizinin şərqində keçirilən "Kurtaran - 2023" sualtı axtarış və xilasetmə təlimində iştirak edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin planına əsasən batmış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətinin qiymətləndirilməsi, eyni zamanda heyətin xilas edilməsi, dalğıclar vasitəsilə onlara qida və tibbi ləvazimatların ötürülməsi üzrə tapşırıqlar icra olunub.

Qeyd edək ki, beynəlxalq təlimdə 17 ölkədən 37 nümayəndə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti