...

Türkiyədə seçkilər zamanı təhlükəsizliyin təmin edilməsi üçün 500 mindən təhlükəsizlik işçisi cəlb edilib

Gündəm Materials 28 May 2023 09:15 (UTC +04:00)
Türkiyədə seçkilər zamanı təhlükəsizliyin təmin edilməsi üçün 500 mindən təhlükəsizlik işçisi cəlb edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyədə bugün keçirilən prezident seçkilərinin ikinci turunda ölkədə təhlükəsizliyin təmin edilməsi üçün 596 min 765 təhlükəsizlik işçisi cəlb edilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, ölkədə 73 helikopter, 8 təyyarə, 61 PUA, 754 TOMA və 244 kater-gəmi xidmətə hazır vəziyyətdə saxlanılıb.

Bununla yanaşı, sosial media platformaları vasitəsilə mümkün dezinformasiyaların və təxribat xarakterli yazıların monitorinqi məqsədilə “kibercinayətkarlıqla mübarizə qrupları” təyin edilib.

Sosial şəbəkələrdə cinayət tərkibi olan paylaşımlar edən şəxslər barəsində dərhal məhkəmə işi başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti