...

Huşunu itirən karateçimizin vəziyyəti stabildir

Gündəm Materials 23 İyun 2023 23:48 (UTC +04:00)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Polşa. Trend:

Azərbaycan karateçisi Fəridə Əliyevanın vəziyyəti indi stabildir, bütün tibbi müayinələrdən sonra klinikadan buraxılıb və bu axşam Bakıya qayıdacaq.

Bunu Trend-ə açıqlamasına Azərbaycan nümayəndə heyətinin press ataşesi Qabil Mehdiyev deyib.

Q.Mehdiyev idmançımızın ciddi xəsarət almadığını bildirib: "İdmançımızım iki ay əvvəl Avropa çempionatının finalında italiyalı rəqiblə döyüşündə burnu sınıb. Zərbə köhnə zədənin üzərinə dəydiyi üçün qanaxma nəticəsində huşunu itirib. Dərhal xəstəxanaya aparılıb, sistem köçürülüb, ilkin tibbi yardım göstərilib. İdmançının zədəsinin ciddi olmadığı bildirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti