...

Oxçuçayın çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa təsir göstərir - Baş prokuror

Gündəm Materials 10 İyul 2023 11:58 (UTC +04:00)
Oxçuçayın çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa təsir göstərir - Baş prokuror
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Hər hansı ölkələr arasında belə konfransın keçirildiyini xatırlamıram. Bu da Azərbaycan və Türkiyə arasında olan dostluğun, qardaşlığın nümunəsidir.

Trend xəbə verir ki, bu fikirləri Naxçıvanda keçirilən Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı konfransında çıxış edən Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, Naxçıvanda olduğu müddətdə türkiyəli həmkarları ilə bir sıra məsələlər müzakirə edilib: "Daha çox müzakirə olunan məsələ Ermənistanı sərhədyanı bölgədə törətdiyi ekoloji cinayətdir.

"Araz çayının hansı səviyyədə çirkləndirilməsi məlumdur və son zamanlar orada zavodun inşası ekoloji cinayətin törədilməsinə gətirib çıxarıb. Bunu Cənab Prezident Qoşulmama Hərəkatında da dilə gətirdi və Ermənistanın hansı cinayətlər törətdiyini bir daha diqqətə çatdırdı. Bu zavodun inşası həm Türkiyə, həm də Azərbaycan üçün böyük problemlər yaradır və biz bunu beynəlxalq aləmə ekoloji cinayət kimi çatdırmışıq"

“Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir” - deyə Baş prokuror əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti