...

Xaçmaz taxıl sahəsində yanğın baş verib

Gündəm Materials 24 İyul 2023 17:19 (UTC +04:00)
Xaçmaz taxıl sahəsində yanğın baş verib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Aslanoba kəndində yerləşən biçilmiş taxıl sahəsi və yaxınlıqdakı meşə ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə və digər əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 2ha biçilmiş taxıl sahəsi və 1ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Sıx meşəlik ərazi və ətrafdakı əkin sahələri yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti