...

Azərbaycan və Türkiyə KAAN təyyarəsini birlikdə təkmilləşdirəcək

Gündəm Materials 27 İyul 2023 14:43 (UTC +04:00)
Azərbaycan və Türkiyə KAAN təyyarəsini birlikdə təkmilləşdirəcək

Bakı.Trend:

Azərbaycan və Türkiyə KAAN təyyarəsini birlikdə təkmilləşdirəcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri Haluk Görgünün iştirakı ilə Azərbaycan Müdafiə Nazirliyi və "Türk Uçak Sanayi" şirkəti (TUSAŞ) arasında "KAAN Milli Döyüş Təyyarələrinin İnkişafı üzrə Əməkdaşlıq"la bağlı IDEF-23 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində saziş imzalanacağı gözlənilir.

Qeyd edək ki, TUSAŞ tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli döyüş təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında təyyarəyə KAAN adını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti