...

Naxçıvanda Maliyyə Nazirliyinin saytı bu şəbəkəyə köçürüldü

Gündəm Materials 9 Avqust 2023 11:58 (UTC +04:00)
Naxçıvanda Maliyyə Nazirliyinin saytı bu şəbəkəyə köçürüldü
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan MR Maliyyə Nazirliyinin veb-saytı “nmaliyye.gov.az” domen adı ilə "AzStateNet" şəbəkəsinə köçürülüb.

Bu barədə Trend-ə Muxtar Respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Məlumata görə, sayt təhlükəsizlik, istifadəçi rahatlığı nəzərə alınaraq, müasir proqramlaşdırma dillərindən istifadə etməklə yenidən hazırlanıb. Onun optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması, təhlükəsizliyinin təmin olunması, "Google" axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün də nazirliyin mütəxəssisləri zəruri texniki tədbirlər həyata keçirib.

Nazirliyin yeni internet səhifəsinin domen ünvanı da müvafiq qaydada yenilənməklə gov.az domeninə bağlı e-poçt ünvanları ilə təmin ediləcək.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Naxçıvanda dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirləri davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti