Bakı. Trend:
Azərbaycan polisi tıxacda qalan Qarabağın erməniəsilli sakinlərinə peçenye paylayıb.
Trend xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, erməniəsilli sakinlərin könüllü olaraq öz avtomobilləri ilə hərəkət etməsində müəyyən ləngimələr yaranıb.
Kadrlardan göründüyü kimi, bu, bir daha Azərbaycan tərəfinin və polisinin humanistliyindən xəbər verir.
Baxmayaraq ki, Qarabağın erməni əsilli sakinləri daha öncə Azərbaycandan gələn yardımları qəbul etməkdən imtina edirdilər. Lakin indi görüntülərdə də əks olunur ki, onlar Azərbaycanın bu cür humanist davranışını müsbət qarşılayırlar.
Hətta Qarabağı könüllü şəkildə tərk edən erməniəsilli şəxslər Azərbaycan polisinin onlara qarşı rəftar və davranışlarından razılıqlarını ifadə edirlər.
Qeyd edək ki, Azərbaycan mərkəzi hakimiyyəti ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüşlərə əsasən, Azərbaycan erməni sakinlərə müxtəlif formalarda yardımlar göstərir.