...

"IBM" insan beyninin strukturuna əsaslanan prosessor hazırlayıb

Gündəm Materials 26 Oktyabr 2023 11:39 (UTC +04:00)
"IBM" insan beyninin strukturuna əsaslanan prosessor hazırlayıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"IBM" Araşdırma laboratoriyası insan beyninin real strukturuna oxşar arxitektura əsasında "NorthPole" prosessorunun prototipini hazırlayıb.

Trend-in məlumatına görə, 12 nanometrlik prosessorun prototipi 1 milyon beyin neyronunu təqlid edən 256 nüvə təşkil edir . Bu, yerli SRAM yaddaşı olan hesablama vahidlərinin şaxələnmiş massividir. Bu arxitektura fon Neuman darboğazını (informasiyanın xarici yaddaş qurğusuna ötürülməsi zamanı itkisi) keçməyə imkan verir.

Hər bir nüvə 8 bitlik hesablama dəqiqliyi ilə saat başına 2048 əməliyyat yerinə yetirə bilir. 4 və 2 bitlik dəqiq əməliyyatlarla onların sayı müvafiq olaraq iki və dörd dəfə artır. Hesablamalara görə, çip 400 MHz takt tezliyində təxminən 840 TOPS hesablama performansını təmin etməyə qadirdir. Yeni məhsulun enerji səmərəliliyi müqayisə edilə bilən xüsusiyyətlərə malik GPU-dan 25 dəfə yüksəkdir.

"IBM Research" tədqiqatçıları qeyd edirlər ki, çip süni intellektlə hesablamalar üçün uyğun deyil, lakin xüsusi ssenarilərdə istifadə oluna bilər. Məsələn, sürücülük yardım sistemlərinin və ya robot cərrahların bir hissəsi kimi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti