...

Milli Ağaclandırma Gününün bütün türkdilli dövlətlərdə böyük bayrama çevriləcəyinə inanırıq - Nazir

Gündəm Materials 11 Noyabr 2023 15:19 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün ölkəmizdə Türk dövlətləri Milli Ağaclandırma Günü böyük coşqu ilə qeyd edildi. Ölkənin dörd bir yanında keçirilən ağacəkmə aksiyaları zamanı 11 min 111 ağac əkildi. Müşfiqabad qəsəbəsində ölkəmizdəki bütün türkdilli dövlətlərin səfirliklərinin əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə 1111 ağac əkməyə nail olduq.

Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə müsahibəsində deyib.

"Milli Ağaclandırma Gününə həsr olunmuş aksiyaya 2020-ci ildə Türkiyə ilə birlikdə başladıq. Artıq üçüncü ildir ki, aksiya uğurla davam etdirilir. İnanırıq ki, aksiya daha da böyük vüsət alacaq və Milli Ağaclandırma Günü bütün türkdilli dövlətlərdə böyük bir bayrama çevriləcək" , - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti