...

Türkiyə Avropa İttifaqı ilə danışıqlarda müsbət atmosferə ümid edir

Gündəm Materials 28 Dekabr 2023 01:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Avropaya inteqrasiya prosesi çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirməyə çalışır və mövcud fikir ayrılıqlarına baxmayaraq, danışıqlarda müsbət atmosferə ümid edir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç “TRT Haber” telekanalına açıqlamasında deyib .

"Biz Gömrük İttifaqı çərçivəsində viza mövzusu, yaşıl enerji, iqlim dəyişikliyi məsələlərində fəal əməkdaşlıq üçün səylər göstəririk. Eyni zamanda, Avropa İttifaqından oyun zamanı qaydaları dəyişməməyi xahiş edirik. Həmçinin İslamofobiya ilə mübarizə məsələsində səsimizi eşitdiririk”, - deyə prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti