...

Füzuli rayonunda qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb (YENİLƏNİB)

Gündəm Materials 6 Yanvar 2024 00:21 (UTC +04:00)
Füzuli rayonunda qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb (YENİLƏNİB)

Bakı. Trend:

Yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu, Kürmahmudlu kəndi ərazisində 2003-cü il təvəllüdlü Azər Allahverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılan araşdırma zamanı 2005-ci il təvəllüdlü Nemət Bayramlının aralarında yaranmış mübahisə zamanı Azər Allahverdiyevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Nemət Bayramlı iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

xxx

23:56

Yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu Kürdmahmudlu kəndində 2003-cü il təvəllüdlü Allahverdiyev Azər Cahid oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkfə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti