...

“WhatsApp”ın kilidləmə funksiyası veb tətbiqə gəlir

Gündəm Materials 1 Fevral 2024 16:27 (UTC +04:00)
“WhatsApp”ın kilidləmə funksiyası veb tətbiqə gəlir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"WhatsApp Web”in yeni funksiyası açıqlanıb.

Trend-in məlumatına görə, artıq istifadəçilər istədiyi şəxslərlə yazışmalarını "WhatsApp Web” tətbiqində gizlədə bilərlər.

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti