...

Amuldağın çirkləndirdiyi “Cermuk” suyundan insan ölümü: Digər ölkələrdə də fəasadlar ola bilər

Gündəm Materials 15 Fevral 2024 12:57 (UTC +04:00)
Amuldağın çirkləndirdiyi “Cermuk” suyundan insan ölümü: Digər ölkələrdə də fəasadlar ola bilər
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Amuldağ yatağının çirkləndirdiyi “Cermuk” mineral suyundan insan ölümü ciddi araşdırılmalıdır.

"Environmental Protection First" (EPF) Koalisiyasından bildirilib ki, heç bir ekoloji standartlar gözlənilmədən Ermənistanda Amuldağ (Amulsar) yatağının amansız istismarı yeraltı suları zəhərləyir, ağır metal tərkibli mədən tullantıları İstisu (Cermuk) mineral bulaqlarına məhvedici zərər vurur.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında “Environmental Protection First” Koalisiyasının üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva bildirib ki, suyun tərkibində arsen metalı təbii şəkildə də ola bilər.

"Ancaq arsen tozunun artması insan müdaxiləsinin nəticəsi də ola bilər. Amerika Birləmiş Ştatlarının Mədən Metallurgiya və Mədən Kəşfiyyat Cəmiyyətinin araşdırmasına görə, insan müdaxiləsi havada, suda və torpaqda arsen konsentrasiyasını artırmaq lazımdır. Mineralları aşınma proseslərinə məruz qoyan mədən işləri arsenin ayrılmasını sürətləndirir. Arsen oksidi tozu mis qızılın kömürün yanması zamanı əmələ gəlir. Xüsusilə də qızılın əridilməsi zamanı meydana gəlir. Çirklənmiş ərazilərdən şirin sulara axdıqda arsen tozu burda həll olur. Təsadüfi deyil ki, biz də Amuldağ (Amulsar) yatağının qeyri-şəffaf fəaliyyətinin İstisu (Cermuk) mineral bulaqlarının suyunun çirkləndirdiyi barədə dəfələrlə Qeyri Hökumət Təşkilatları ilə birgə bəyanatlar hazırlamışıq", - o vurğulayıb.

P. Vəliyevanın sözlərinə görə, görünən odur ki, qızıl mədənindən axıdılan tullantılar bu bulağın sularına qarışıb və onun tərkibində insan sağlamlığına zərər vuracaq dərəcədə arsenin səviyyəsini artırıb.

"Şahidi oluruq ki, suyun satışı keçirilən digər ölkələrdə də bu fəasadlar üzə çıxa bilər. Bu səbəbdən digər ölkələr və onların əhalisi də diqqətli olmalıdır. Ümumiyyətlə bu sudan istifadədən imtina etmək lazımdır. Bütün bunlar bir daha onu sübut edir ki, Ermənistan bölgənin ekosistemini, insanların sağlamlığını məhv edir", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti