...

"Ransomware” nədir və bundan qorunmaq üçün hansı qabaqlayıcı tədbirlərdən istifadə edilməlidir?

Gündəm Materials 19 Fevral 2024 20:42 (UTC +04:00)
"Ransomware” nədir və bundan qorunmaq üçün hansı qabaqlayıcı tədbirlərdən istifadə edilməlidir?
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Ransomware” kiberdələduzlar tərəfindən istifadə olunan və yoluxdurduğu sistemlərin əlçatanlığını müxtəlif üsullarla məhdudlaşdıran zərərli proqramdır. Daha sonra isə həmin məhdudiyyətlərin aradan qaldırılması üçün istifadəçilərdən müəyyən məbləğdə vəsaitin ödənilməsi tələb olunur.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Ransomware”dən qorunmaq üçün qabaqlayıcı tədbirlər aşağdakılardır.

1) Müntəzəm olaraq məlumatlarınızı ehtiyat yaddaşda saxlayın.

2) Veb-saytlara daxil olarkən ünvanların təhlükəsizliyindən əmin olun.

3) Şəbhəli və ya bilinməyən mənbədən gələn e-poçtları açmayın

4) Ancaq lisenziyalı əməliyyat sistemlərindən istifadə edin.

5) Əməliyyat sisteminizə ən son yeniləmələri tətbiq edin.

6) Antivirus proqramlarından istifadə edin.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti