...

Misir, Fransa və İordaniya BMT-nin Qəzza ilə bağlı qərarların icrasına çağırır

Gündəm Materials 30 Mart 2024 23:22 (UTC +04:00)
Misir, Fransa və İordaniya BMT-nin Qəzza ilə bağlı qərarların icrasına çağırır

Bakı. Trend:

Misir, Fransa və İordaniyanın xarici işlər nazirləri Qəzza zolağında Beynəlxalq Ədalət Məhkəməsinin təsdiq etdiyi bütün müvəqqəti tədbirlərin dərhal həyata keçirilməsinə çağırıblar.

Trend-in məlumatına görə, müvafiq müddəa nazirlərin Qahirədə keçirilən üçtərəfli görüşünün yekunları üzrə dərc olunmuş kommünikedə yer alıb

"Nazirlər Beynəlxalq Ədalət Məhkəməsinin cari ilin 26 yanvar və 28 mart tarixlərində müəyyən etdiyi bütün müvəqqəti tədbirlərin həyata keçirilməsinə, xüsusilə də Qəzza zolağının bütün ərazilərinə humanitar yardımın dərhal, maneəsiz və təhlükəsiz çatdırılmasını təmin etməyə çağırıblar", - deyə sənəddə qeyd olunub.

Bununla bağlı Misir, Fransa və İordaniya xarici işlər nazirləri İsraildən “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq Qəzza zolağına çatdırılan yardımın həcmini artırmaq üçün onunla sərhəddəki bütün quru keçid məntəqələrini işə salmağı" tələb ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti