...

Dövlət sərhədində aşkar edilmiş uçuş aparatı ələ keçirilib - DSX (FOTO)

Gündəm Materials 30 Sentyabr 2024 15:06 (UTC +04:00)
Dövlət sərhədində aşkar edilmiş uçuş aparatı ələ keçirilib - DSX (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

DSX-dən Trend-ə bildirilib ki, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən naməlum uçuş aparatı müşahidə edilib.

Uçuş aparatının görülmüş tədbirlər nəticəsində saxlanılması təmin edilib. Üzərinə bərkidilmiş bağlamaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 700 qram narkotik vasitə marixuana və 1500 ədəd metadon M-40 həbi aşkar edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti