...

Hadrutun azad edilməsi müharibənin taleyini həll edən əməliyyatlardan idi - Ehtiyatda olan hərbçi

Gündəm Materials 9 Oktyabr 2024 16:00 (UTC +04:00)
Hadrutun azad edilməsi müharibənin taleyini həll edən əməliyyatlardan idi - Ehtiyatda olan hərbçi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hadrut qəsəbəsinin azad edilməsi barədə bizə 2020-ci il oktyabr ayının 5-də tapşırıq verildi.

Bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Mənsur Şükürov deyib.

O, taboru ilə iki gün Hadrut istiqamətinə hərəkət etdiklərini bildirib.

"Hadrut istiqamətində düşmən pusqusuna düşdük. Düşmənlə döyüşə girdik şəhidlərimiz və yaralılarımız oldu. Özüm də yaralandım. Biz yaralılarımızı təxliyə etmək istəyərkən qarşıda düşmənin bizi yenidən pusquya salmaq istədiyini hiss etdik və müqavimət göstərməyə başladıq. Məcbur olub qəsəbənin içinə doğru irəlilədik. Burada da ayağımdan yaralandım.

Hadrutun azad olunmasından danışan zabit qeyd edib ki, oktyabrın əvvəlindən başlayaraq Azərbaycan Ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlmişdi.

"Hadrutun azad edilməsi müharibənin taleyini həll edən əməliyyatlardan idi. Hadrut zəfərindən sonra əsgər və zabitlərimizin həmin şəhərə yolu açıldı. Ermənilərin güclü müqavimətinə baxmayaraq, Şuşa da işğaldan azad edildi", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Hadrutun işğalçılardan azad olunmasının 4 ili tamam olur. Hadrutun azad edilməsinə 44 günlük Vətən müharibəsinin dönüş və ya yüksəliş nöqtəsi də demək olar. Bu əməliyyatdan sonra erməni silahlıları sürətlə məğlubiyyətə doğru getdiklərini tam olaraq anladılar.

Hadrut azad olunduqdan sonra Azərbaycan ordusu Böyük Kirs dağı, Qırmızı bazar, Şuşa və Xocavənd istiqamətində irəliləməyə başladı. Orda üstünlük əldə edərək Füzuli Qarğabazar istiqamətində hələ də ordumuzla döyüşən erməni silahlılarına gedən təchizat yolunu bağlamış oldu. Hadrut əməliyyatı müharibənin ilk ongünlüyündə ordumuzun əldə etdiyi böyük uğurlarından biri Ermənistan ordusunun isə müdafiə səddi ayrıldıqdan sonra növbəti böyük uğursuzluğu idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti