...

Ərəb Liqası Suriyanın birliyinə və suverenliyinə hörmət edilməsinin vacibliyini bəyan edib

Gündəm Materials 1 Dekabr 2024 03:51 (UTC +04:00)
Ərəb Liqası Suriyanın birliyinə və suverenliyinə hörmət edilməsinin vacibliyini bəyan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ərəb Dövlətləri Liqası (ƏDL) Suriyanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini bəyan edib.

Trend-in məlumatına görə, bu barədə "Al Mayadeen" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, “Cəbhət ən-Nusra” ekstremist qruplaşması Suriyanın şimalında irimiqyaslı əməliyyatlar həyata keçirib.

"Biz Suriyadakı hadisələri böyük narahatlıqla izləyirik və Suriyanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayırıq", - deyə qeyd olunub.

"Suriyadakı hadisələr terror qruplarının öz fəaliyyətlərini bərpa etmək üçün istifadə edəcəkləri xaos da daxil olmaqla bir çox mümkün ssenarilər açır", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti