Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qızıl-zinət əşyalarının və diş implantı hissələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşından gömrük orqanlarına bəyan edilməyən, çəkisi 682 qram olan qızıl-zinət əşyaları və zərgərlik məmulatları, ona məxsus çamadandan isə 228 ədəd diş implantı hissələri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.