Bakı. Trend:
Martın 30-da Nizami rayonunda yerləşən evlərin birindən 500 manat, 200 dollar və bank kartlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən 33 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Eyni zamanda rayon ərazisində “Chevrolet” markalı avtomobildən isə soyğunçuluq yolu ilə mobil telefonu talamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş T.Şirinov saxlanılıb.
Araşdırma aparılır.