...

Alimlər fikirləri şifahi sözlərə çevirə bilən cihaz hazırlayıblar

Gündəm Materials 1 Aprel 2025 14:04 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-dən olan tədqiqatçılar araşdırmaları çərçivəsində beyin fəaliyyətini səsə çevirən süni intellekt modeli ilə öyrədilən cihazı 18 il əvvəl insult keçirdikdən sonra danışma qabiliyyətini itirmiş 47 yaşlı qadının beyninə yerləşdiriblər.

Trend xəbər verir ki, alimlər cihazın birbaşa beynin nitq mərkəzinə yerləşdirildiyini və beynin bu bölgəsindən gələn siqnalları davamlı olaraq təhlil etdiyini bildiriblər.

Qeyd edək ki, hələ eksperimental mərhələdə olsa da, tədqiqatçılar cihazın bir gün danışa bilməyənlərə səs verməyə kömək edə biləcəyini düşünürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti