Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın məktubuna cavab aldıqdan sonra Tehran və Vaşinqton hələ də danışıqlar aparmayıblar.
Trend-in məlumatına görə, bu barədə İran xarici işlər naziri Abbas Araqçi deyib.
"Biz öz fikrimizi bildirdik, ona görə də biz diplomatiyaya və danışıqlar yoluna sadiqik, amma yalnız vasitəçilərlə. Əlbəttə, etiraf etmək lazımdır ki, indiyədək danışıqların heç bir mərhələsi keçirilməyib", - deyə o bildirib.
Qeyd edək ki, martın 7-də ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneiyə nüvə proqramı üzrə danışıqların aparılması təklifi ilə məktub göndərdiyini açıqlayıb.