...

Paytaxtda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Gündəm Materials 5 May 2025 14:04 (UTC +04:00)
Paytaxtda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Səbail rayonu ərazisində naməlum şəxs soyğunçuluq yolu ilə 51 yaşlı qadına məxsus içərisində bank kartları və sənəd olan pulqabını talayıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı M.Nəzərov saxlanılıb.

Bundan başqa, Yasamal rayonunda bir nəfərin evindən 2000 manat dəyərində məişət əşyalarını oğurlamış 20 yaşlı D.Rəcəbzadə də saxlanılıb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti